Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

28 yanvar 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Cavadxan küçesi 23 a  ünvanında həyətlərində avtomobil yolunun asvalt örtüyü yenisi ilə əvəz olunmuş və piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılır və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.

Sakinlərin müraciəti  nəzəzrə  alınaraq  avtomobillərinin  saxlanması uçun yerlər genişləndirilmiş,  .zirzəmilərə  dolan yaqış  sularının qarşısı alınmış, yaqış barmaqlığı quraşdırılmışdır  Hənifə Ələsgərov küçəsində isə  isə yeni piyada zolaqları  yaradılır bardur ve tamet duzulur.

Həmçinin RİH Başçısı qeyd olunan ünvanlarda olaraq binaların həyətlərində görülən işlərlə tanış olub və vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər