Rayon ərazisində tikinti şirkətləri terefibden uzun müddət hasara alınmış ünvanlarda sanitar təmizlik işləri davam etdirilir.
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda Tbilisi prospekti boyunca istinad divarlarının fasadlarında cari təmir işləri aprılır. Həmcinin rayon ərazisində tikinti şirkətləri tərəfindən hasara alınmış sahələrdə sanitar təmizlik işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.