Rayonun mikrorayon ərazilərindəki 11 yaşayış binasının girişlərində başlanılmış təmir işləri davam etdirilir
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Hazırlanmış tədbirlər planına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində rayonun ayrı- ayrı mikrorayon ərazilərində ümumilikdə 88 girişli , 5 mərtəbəli, 11 yaşayış binasinın (H.B.Əliyev küçəsi 3,4,15,40, 20 Yanvar küçəsi 6,22,32,4/66, A.Məhərrəmov küçəsi 4/64 Cavadxan küçəsi 4 və H.Seyidzadə küçəsi 27a ünvanlarında yerləşən binalar) girişlərindəki qapı və pəncərələr dəyişdirilir,giriş pilləkənləri və pilləkən qəfəsləri üzlənir,yağış suları axıdan borular və navalçalar yeniləri ilə əvəz olunur, həmçinin binaların həyətlərində sanitar təmizlik işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.