Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın məlumatı.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının
alınması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış
Qərargahın məlumatı.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, yaş qruplarının növbəliyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərində tərtib olunmuş qrafik əsasında peyvənd olunmaq istəyən şəxslər tərəfindən fevral ayının 5-dən başlayaraq randevu.lts.gov.az internet saytı vasitəsilə randevu alınması təmin edilməlidir.
Bununla əlaqədar Nəsimi rayon Qərargahı və nümayəndələri internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Qeydiyyatdan keçmək istəyən sakinlər aşağıdakı linklə tanış ola bilərlər. Köməkliyə ehtiyacı olan vətəndaşlar həm Nəsimi rayon İcra Hakimiyyətinə, həm də nümayəndəliklərə müraciət edə bilərlər.
Qeydlər:
1. Vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir;
2. Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir;
3. İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir;
4. Seçilən məntəqədə randevu limiti dolan tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmayacaqdır;
5. Bu təlimat formasının və dəyişikliklər olduqda yeni təlimat formasının əldə edilməsi üçün seçimindən keçid edə bilərsiniz.