Nəsimi rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri daim nəzarətdə saxlanılır.
Müasir dünyanı bürümüş koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da, bu virusa qarşı həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.
Azərbayca Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq rayonda sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.
Azərbayacan Respublasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.
Görülmüş tədbirlər nəticəsində region ölkələri arasında vaksinləşmə prosesinə ilk dəfə ölkəmizdə başlanılmış, 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq 65 və yuxarı yaş qruplar arasında davam etdirilməkdədir.
Yaş qruplarının növbəliyi nəzərə alınmaqla Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafik əsasında peyvənd olunmaq istəyən şəxslər tərəfindən fevral ayının 5-dən başlayaraq randevu.lts.gov.az internet saytı vasitəsilə randevu alınması təmin edilmişdir.
Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargah üzvləri tərəfindən internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görülür.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınınalınması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın üzvləri yerlərdə olaraq 65 və yuxarı yaş qrup sakinlərlə görüşlər keçirir və onlarla vaksinləşmə ilə əlaqədar lazımi izahat xarakterli marifləndirici söhbətlər aparılır.Söhbətlər zamanı vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirilər.