Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda məktəbəqədər müəssisələrdə dezinfeksiya işləri aparılır.

13 fevral 2021 | 16:00

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.

Fevral ayının 15-dən məktəbəqədər müəssisələrinin fəaliyyəti başlaması ilə əlaqədar rayon ərazisindəki körpələr evi - uşaq bağçalarında başlanılmış dezinfeksiya işləri davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq rayon ərazisində  sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.

 

Keçidlər