Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

19 fevral 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində  Cavadxan küçesi 23 a  ünvanında avtomobil yoluna yeni  asvalt örtüyü vurulmuş,   piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilmiş, bardürlər yeniləri ilə əvəz olunmuş, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılmış,  uşaq oyun elementlərinin quraşdırılması və həyətə yeni oturacaqların qoyulması üçün hazırlıq işləri davam etdirilir.

Həmçinin M.Kazımovski küçəsi boyunca asfaltlaşma işləri başa çatdırılmış , yeni bardürlər qoyulmuş , sakinlərin rahat hərəkətləri üçün piyada səkiləri yaradılmışdır.

 RİH Başçısı qeyd olunan ünvanlarda olaraq vətəndaşların qaldırdıqları digər məsələlərlə maraqlanmış və həlli ilə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər