Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 50 yaşdan yuxarı sakinlərin də vaksinasiyasına başlanıldı.

18 fevral 2021 | 16:00

Müasir dünyanı bürümüş koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızın hər  bir yerində olduğu kimi Nəsimi rayonunda da, bu virusa qarşı həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.

Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq 65 və yuxarı yaş qruplar arasında davam etdirilməkdədir.Hazırda 50 yaşdan yuxarı sakinlərin də vaksin olunmasa başlanılmışdır.

Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargah üzvləri tərəfindən qeyd olunan kateqoriyadan olan  rayon sakinlərinin vaksin olunması üçün zəruri tədbirlər görülür.

Keçidlər