Nəsimi rayonunda növbəti şəhid ailəsinin mənzilinin əsaslı təmiri yekunlaşmışdır.
Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində hal-hazırda Şəhid Baş Leytenant Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı, Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı, Şəhid Cəfərov Ruslan Gündüz oğlunun ailəsinin yaşadığı H. Seyidzadə 28 saylı ünvanlarında RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir.
Görülən işlər ilə yanaşı hazırda Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi ev 35, mənzil 9-da, Şəhid Solnsev Dimitriy Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də başlanılmış əsaslı təmir işləri davam etdirilir.
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Rzayev Hacırza Fikrət oğlunun ailəsinin yaşadığı 3-cü mikrorayon A.Mustafayev küçəsi 41 saylı binada yerlələşən 2 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Şəhid atası Rzayev Fikrət Rüstəməli oğlu göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirmişdir.