Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu A.Məhərrəmov küçəsi 35 və 37 ünvanlarında başlanılmış təmir işləri yekunlaşmaq üzrədir.

01 mart 2021 | 16:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 35 və 37  saylı yaşayış binalarının fasadlarında başlanılmış bərpa işləri başa çatdırılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.

Görülmüş işlər çərçivəsində həyətlərə yeni bardürlər qoyulmuş, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah,müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılmışdır.

A.Məhərrəmov 35 nömrəli binanın girişlərində qapılar və pəncərələr dəyişdirilmış, pilləkən qəfəslərində əsaslı təmir işləri aparılmışdır.Hazırda binanın dam örtüyünün əsaslı təmirinə başlanılması üçün hazırlıq işləri davam etdirilir.

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər