Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşmüşdür.

02 mart 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif   Əsgərov A.Məhərrəmov küçəsi 4/66, 20 Yanvar küçəsi 6, H.B.Əliyev küçəsi 4 və 40 saylı binaların girişlərində aparılan əsaslı təmir işləri ilə tanış olarkən sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir.
Hazırda A.Məhərrəmov küçəsi 4/66, 20 Yanvar küçəsi 6, H.B.Əliyev küçəsi 4 və 40 saylı binalarının girişlərində əsalı təmir işləri davam etdirilir, binaların girişlərinin qapı və pəncərələri dəyişdirilir,pilləkən qəfəsləri tamet daşlarla üzlənir.
Görüş zamanı  sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər