Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Cavadxan küçesi 23 a ünvanında avtomobil yoluna yeni asvalt örtüyü vurulmuş, piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilmiş, bardürlər yeniləri ilə əvəz olunmuş, sakinlərin istirahəti üçün söhbətgahlar quraşdırılmış, uşaq oyun elementlərinin quraşdırılması və həyətə yeni oturacaqların qoyulması üçün hazırlıq işləri davam etdirilir.
Sakinlərin müraciətləri nəzərə alınaraq 28 May küçəsi 11 saylı evin dəmir kontruksiyadan olan pilləkəninin əsaslı təmiri başa çatdırılmışdır.