Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhid ailəsinin mənzilinin əsaslı təmiri yekunlaşmışdır.

09 mart 2021 | 16:00

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.

 Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı  A.Məhərrəmov küçəsi 35 saylı binada  yerləşən 3 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Şəhid atası Tarıverdiyev Şöhrət Mənsim oğlu göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

Keçidlər