Nəsimi rayonu A.Məhərrəmov küçəsi 35 və 37 saylı binaların həyətlərində başlanılmış təmir işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 35 və 37 saylı yaşayış binalarının fasadlarında başlanılmış bərpa işləri başa çatdırılmış, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.
Görülmüş işlər çərçivəsində həyətlərə yeni bardürlər qoyulmuş, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah,müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılmışdır.
A.Məhərrəmov 35 nömrəli binanın girişlərində qapılar və pəncərələr dəyişdirilmış, pilləkən qəfəslərində əsaslı təmir işləri aparılmışdır.Binaların həyətlərinə yeni 3 ədəd işıq dirəkləri qoyulmuş, 400 kv.m. qazon vurulmuşdur.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.
Hazırda təmir işləri davam etdirilir.