Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Moskva prospekti 80 və 84 saylı binaların həyətlərində başlanılmış təmir işləri davam etdirilir.

09 mart 2021 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda Moskva prospekti 80 ünvanında binanın fasadı təmir edilərək rənglənmiş, binanın girişlərində pilləkən qəfəsləri əsaslı təmir edilmiş,sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bir ədəd söhbətgah qoyulmuş,uşaq oyun elementləri və müxtəlif idman qurğuları quraşdırılmışdır.  

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq sakinlərlə görüşmüş, qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə həll edilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Bildirilmişdir ki, yaxın günlərdə binaların həyətlərinə yeni oturacaqlar qoyulacaq və 84 saylı binanın fasadının təmirinə başlanılacaqdır.

Keçidlər