2 iyul - Polis Günü münasibəti ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər tarixə ən mühüm mərhələ kimi həkk olub.
2 iyul- Polis Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Polis İdarəsinin şəxsi heyəti Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. abidənin önünə çiçək dəstələri düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.