Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Polis Günü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.

02 iyul 2024 | 13:14

Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. 

Polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər tarixə ən mühüm mərhələ kimi həkk olub.

2 iyul - Polis Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Polis İdarəsinin şəxsi heyəti Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə çiçək dəstələri düzüblər.

Keçidlər