20 Yanvar küçəsi 33 və H.Seyidzadə küçəsi 35 saylı ünvanlarda binalar əsaslı təmir edilir.
05 avqust 2025 | 13:23
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Hazırda binaların giriş pilləkənləri təmir edilir, qapı və pəncərələri yeniləri ilə əvəz olunur.
Eyni zamanda binaların fasadında, dam örtüyündə əsaslı təmir işlərinin aparılması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, yeni asfalt örtüyünün vurulması işləri də nəzərdə tutulub.






