Nəsimi rayonunda şəhid ailəsinin mənzilinin əsaslı təmiri yekunlaşmışdır.
Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Solnsev Dimitriy Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də başlanılmış əsaslı təmir işləri yekunlaşmışdır.
Mənzildə aparılan təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzilin təmirdən sorakı vəziyyəti ilə tanış olub, şəhidin ailə üzvləri ilə görüşərək qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Şəhid Solnsev Dimitriy Aleksandroviçin barelyefinin vurulması üçün ailə üzvlərinin iştirakı ilə müvafiq yer müəyyənləşdirilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.