Nəsimi rayonunda Vətən müharibəsi Şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələri və yaralılar RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.Bayram münasibətilə rayon ərazisində yaşayan 2000-ə yaxın aztəminatlı ailəyə də ərzaq bağlamaları verilib.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri və əlillər, ərzaq bağlaması verilmiş aztəminatlı ailələrin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.