Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə əlaqədar müvafiq meydançalara yeni konteynerlərin yerləşdirilməsi həyata keçirilir.

26 mart 2021 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə əlaqədar Nəsimi rayonunda işlər davam edir.

Bununla əlaqədar rayon ərazisindəki konteyner meydançaları müasir tələblər səviyyəsinə gətirilmiş, hər bir məhəllədə məişət tullantılarının atıldığı meydançalarda yaşıl və narıncı rəngdə yeni konteynerlərin yerləşdirilməsi həyata keçirilir.

Qarışıq tullantılar üçün nəzərdə tutulan yaşıl konteynerlərin məhəllələrdəki meydançalarda yerləşdirilməsi artıq təmin edilmiş, kağız, karton, şüşə, metal və plastik tullantıların çeşidlənərək atılması üçün nəzərdə tutulan narıncı rəngdə olan konteynerlər meydançalara yerləşdirilir.

Layihənin həyata keçirilməsi ilə əlaqədar rayonda aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir.

Keçidlər