Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə əlaqədar vətəndaşların maarifləndirilməsi ilə əlaqədar işlər aparılır.

26 mart 2021 | 16:00

Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin rayon sakinlərinə izahı məqsədi ilə əlaqədar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə və təsərüffat xidmətlərinin işçiləri, gənclər və könüllülər sakinlərlə görüşlər keçirir, müvafiq qurumların əməkdaşları və könüllülər mənzillərə yaşıl və narınci rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici postellər yapışdırırlar.

Layihənin həyata keçirilməsi ilə əlaqədar rayonda aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir.

 

 

Keçidlər