Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

27 mart 2021 | 16:00

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Rayonun Moskva prospekti 72, 80, 82, 84, 90 və 92 saylı binaların əhatəsindəki məhəllədaxili yollara asfalt örtüyünün vurulması və yeni bardürlərin qoyulması ilə əlaqədar  işlər yekunlaşmaq üzrədir.

Görülmüş işlər çərçivəsində  məhəllədaxili yollara yeni  asvalt örtüyü vurulmuş,   piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirilmiş və bardürlər yeniləri ilə əvəz olunmuşdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər