Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Şəhid İbrahim Abdullayevin valideynlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

31 mart 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı  Moskva prospekti 80 saylı binanın həyətində və ətraf ərazilərdə  şəhid anasının və binada yaşayan digər sakinlərin istəkləri nəzərə alınaraq abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid İbrahim Abdullayevin barelyefi vurulub.

Hazırlanmış layihəyə uyğun olaraq 4 girişli, 5 mərtəbəli Moskva prospekti 80  saylı yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb.

Görülmüş işlər çərçivəsində həyətə 800 kv.m. asfalt örtüyü, 300 kv.m. tamet vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 40 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar və 200 ədəd gül kolları əkilib.

 Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətlərinə 1 ədəd söhbətgah, 4 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq, işıq dirəkləri quraşdırılıb, həyətdəki 200 p.m istinad divarları berpa edilib.

Rayon ərazisinde aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər