Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər İcra Hakimiyyətinin layihəsinə Nəsimi rayonu da qoşuldu

02 aprel 2021 | 16:00

 

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına  Nəsimi rayonunda  uğurla başlanıldı.

Bununla əlaqədar ilk növbədə Nəsimi rayonu ərazisində 386 ədəd konteyner meydançası yaradılaraq yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub. Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülərin  sakinlərlə görüşləri,  mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlərin paylanılması, məhəllə və binaların bloklarına maarifləndirici  posterlərin yapışdırılması işləri nəzarətdə saxlanılmaqla müntəzəm olaraq davam etdirilir.     

Rayon ərazisinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına xidmət edən belə bir layihənin Nəsimi rayonunda uğurla davam etdirilməsi rayon rəhbərliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Keçidlər