2022-ci ilin birinci yarımilliyi Nəsimi rayonu üçün uğurlu olmuşdur.
Carı ilin altı ayı ərzində rayonun sosisl-iqtisadi göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqaisədə artaraq ayrı-ayrı sahələr üzrə bir sıra uğurlar əldə olunuşdur.
Sənaye üzrə:
2022-ci ilin yanvar-iyun aylarında 512320,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,0 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 576238,6 min manatı istehlakçılara göndərilmiş, ondan 512065,6 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2022-ci il vəziyyətinə 3122,6 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Tikinti üzrə:
2022-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 52320,1 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2022-ci ilin yanvar-iyun aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 173590,5 min manat məbləğində vəsait yönəldilmişdir. 2022-ci ilin yanvar-iyun aylarında 71049,5 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2022-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 793973,6 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1 faiz cox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2022-ci ilin yanvar-iyun aylarında 516729,6 min manat, əsaslı təmir 80424,9 min manat, cari təmir 134688,7 min manat, sair tikinti işləri isə 62130,4 min manat təşkil etmişdir.
İstehlak bazarı üzrə:
2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1815893,3 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 12,4 faiz artım deməkdir. Satılmış əmtəələrin 86,2 faizi hüquqi şəxslərin, 7,2 faizi rayonda fəaliyyət göstərən bazarın, 6,6 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
Rabitə üzrə:
2022-ci ilin yanvar-iyun aylarında rabitə müəssisələri tərəfindən 224298,4 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,1 faiz artmışdır.
Nəqliyyat üzrə:
2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 176182,8 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,6 faiz artmışdır.
İaşə dövriyyəsi üzrə:
2022-ci ilin yanvar-iyun aylarında iaşə müəssisələrinin ümumi 31797,4 dövriyyəsi 31797,4min manat olmuşdur. Həcmin 44,2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 14040,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 17757,4 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə:
Ödənişli xidmətlərin həcmi 2022-ci ilin yanvar-iyun aylarında 449784,3 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,9 faiz artmışdır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 443155,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 98,5 faizini təşkil etmişdir.
İşçilərin sayı və əməkhaqqı üzrə:
2022-ci ilin yanvar-may aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 199361 nəfər olmuşdur.
2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 11,7 faiz artaraq 1042,9 manat olmuşdur.
Yeni iş yerləri üzrə:
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır
Nəsimi rayonunda 2022-ci ilin yanvar-iyun aylarında 4110 yeni iş yeri açılmışdır