Nəsimi rayonu 1-ci mikrorayon ərazisində başlanılmış abadlıq işləri davam etdirilir.
05 aprel 2021 | 16:00
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda A.Məhərrəmov küçəsi 35,37,47 və Moskva prospekti 70,78,80,82,84 saylı ünvanlarda məhəllə daxili avtomobil yolları və səkilərin əsaslı təmiri davam etdirilir.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq aparılan işlərin operativ və keyfiyyətlə həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.