Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

05 aprel 2021 | 16:00

Bakı şəhərində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində Moskva prospekti 90 və Asif Məhərrəmov küçəsi 45 saylı ünvanlarda yerləşən binalarda yaşayan  sakinlərin müraciətləri nəzərə alınaraq hər iki binanın həyətlərinə yeni asfalt örtüyünün vurulmasına və abadlıq işlərinin aparılmasına başlanılmışdır.    

 Abadlıq işləri zamanı binaların   məhəllədaxili yollarına yeni  asfalt örtüyünün  vurulması   piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilərin  genişləndirilməsi  və bardürlərin  yeniləri ilə əvəz olunması nəzərdə tutulmuşdur..

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq aparılan işlərin keyfiyyətlə həyata keçirilməsi  və    bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə bağlı  yaradılmış konteyner meydançalarındakı  mövcud vəziyyətlə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər