Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair martın 12-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında görüş keçirilib.

13 mart 2024 | 09:45

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək 2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin qazandığı parlaq qələbə  münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq Qələbəsi, ədalətin təntənəsidir.

Sonda 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkilərinin nəticələri müzakirə edilib və partiya fəalları və fəal ərazi partiya təşkilatları mükafatlandırılıb.

Keçidlər