Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları haqqında

17 oktyabr 2024 | 14:59

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, müdrik siyasət nəticəsində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayır.

Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri cari ildə Nəsimi  rayonunda da uğurla davam etdirilir.

Sentyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Aşıq Ələskərin aidə kompleksinin açılışında iştirak edib.

2024-cü ilin 9 ayında Rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar, Xidmət sahələri tərəfindən yerli infrastruktur layihələrin icra olunması, əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən pilot layihələr icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrasına yönəlmiş tədbirlərin icrası ilə əlaqədar Nəsimi rayonu üzrə tədbirlər planı hazırlanmışdır. Nəzərdə tutulan tədbirlərlə bağlı istiqamətlər müəyyənləşdirilmişdir. Keçən dövr ərzində nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin keçirilməsi təmin edilmişdir.

Nəsimi rayonu ərazisində COP-29 tədbirinə hazırlıqla ilə bağlı genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış və hazırda da daha böyük vüsət alaraq davam etdirilir. A.Bakıxanov, Ak.H.Əliyev, S.Vurğun, R.Behbudov, Cavadxan,A.Mustafayev, Y.V.Çəmənzəminli, Ş.Əzizbəyov, 28 May, H.Ələsgərov, M.Qaşqay, S.Rüstəm, Kaveroçkin, R.Cəfərov, H.B.Əliyev, Ak.Mirqasımov küçələrində, Azadlıq, Xətai, Vaqif, Tbilisi prospektlərində 206 qeyri-yaşayış obyektinin fasadı ilə bağlı təmir, yenilənmə işləri aparılır. Onların 83-də işlər başa çatdırılmışdır. Neftçilər pr. 143, İ.Qasımov küçəsi 29, Azərbaycan Universitetinin arxası,  N.Yusifbəyli küçəsi 26,  N.Yusifbəyli küçəsi 82, 2-ci mkr. R.Məmmədov küçəsi 25, Mirqasımov küçəsi 7, H.Aslanov küçəsi 70, B.B.Məcidov küçəsi 60,76, C.Məmmədquluzadə küçəsi 83, 116, 119,  20 Yanvar küçəsi 35, M.Qardaşları 142, M.A.Əliyev küçəsi 190, Ə.Quliyev küçəsi 95, Xətai pr. 2,  Azadlıq pr. 46, 76 “Dostluq” kinoteatrı, Azadlıq pr. 80 Vaqif pr. ilə kəsişmə Azadlıq prospekti 40, Ak.Həsən Əliyev küçəsi 2, D.Əliyeva küçəsi 171,  175, 215,  K.Səfərəliyeva küçəsi 24, 26, R.Behbudov küçəsi 69,72, 78, Ənvər Qasımzadə küç. 15, Mirqasımov küçəsi 4, Şamil Əzizbəyov küç. 119-125,  S.Rüstəm və S.Zeynalov küçələrinin kəsişməsi, Y.Səfərov və Ələddin Quliyev küçələrinin kəsişməsi, Azadlıq pr. və S.Əsgərova küçələrinin kəsişməsi, Azadlıq prospekti, H.Ələsgərov və S.Rüstəm küçələrinin kəsişməsi, Azadlıq pr. S.Rüstəm və F.Qasımzadə küçəsinin kəsişməsi, S.Rəhimov və M.Qaşqay küçələrinin kəsişməsi,  M.Cəfərov küçəsi, C.Məmmədquluzadə küçəsi Metro tikinti,  C.Məmmədquluzadə, Çəmənzəminli küçələrinin kəsişməsi, Ş.Abdullayev, S.Vurğun küçələrinin kəsişməsi, S.Salayev ilə Topçubaşov küçələrinin kəsişməsi, N.Vəzirov ilə İ.İsmayılov küçələrinin kəsişməsi, Sarabski küçəsi, Ş.Abdullayev, Vəzirov küçələrinin kəsişməsi, Mirqasımov küçəsi, Azadlıq pr. kəsişməsi, R.Cəfərov (3-cü mkr. Dairəsindən 20 yanvar dairəsinə gedən yol), Abbas Zamanov küçəsi, Ziya Bünyadov pr. (Ə.Salamzadə küçəsi) ünvanlarında abadlıq işləri aparılaraq digər ünvanlarda tədbirlər davam etdirilir.

İstehsal və xidmət sahələri üzrə küçən ilin müvafiq dövrü ilə müqayisədə dinamik artım müşahidə olunmuşdur.

Sənaye

2024-cü ilin yanvar-sentyabr aylarında 1048954,6  min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 1076441,3 min manatı istehlakçılara göndərilmiş, ondan  1047440,1  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla sənaye  müəssisələrinin anbarlarında  01 oktyabr 2024-cü  il vəziyyətinə 9759,5 min manatlıq  hazır məhsul ehtiyatı  olmuşdur.

Tikinti

2024-cü ilin yanvar-sentyabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 325312,4 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 15,1 faiz az vəsait olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında 168682,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1443800,2 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz çox olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2024-cü ilin yanvar-sentyabr aylarında 1301869,1  min manat, əsaslı təmir 110388,5  min manat, cari təmir 21946,6 min manat, sair tikinti  işləri isə 9596,0 min manat təşkil etmişdir.

İstehlak bazarı

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3715749,6 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 10,4 faiz artım deməkdir. Satılmış əmtəələrin 87,7 faizi hüquqi şəxslərin, 4,0 faizi rayonda fəaliyyət göstərən bazarın, 8,3 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

Rabitə

2024-cü ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 419391,0  min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artmışdır.

Nəqliyyat

2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 667306,4 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artmışdır.

İaşə dövriyyəsi

2024-cü ilin yanvar-sentyabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 137399,3 min manat olmuşdur. Həcmin 30,6 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 41988,7 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi  şəxslərin fəaliyyəti sayəsində əhaliyə 95410,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2024-cü ilin yanvar-sentyabr aylarında 2117813,3 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə  artmışdır.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2081215,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 98,3 faizini təşkil etmişdir.

İşçilərin sayı və əməkhaqqı

2024-cü ilin yanvar-avqust aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3 faiz  artaraq 216713 nəfər olmuşdur.

2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 12.1 faiz artaraq 1315.7  manat olmuşdur.

YENİ İŞ YERLƏRİ

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır

Nəsimi rayonunda 2024-cü ilin yanvar-sentyabr aylarında 7973 yeni iş yeri   açılmışdır.

Hər həftənin   şənbə günü rayon üzrə ümumşəhər iməcilikləri təşkil edilmiş, hava şəraiti ilə bağlı yaranmış problemlər aradan qaldırılmış, yağış kürəbənd xətlərinin təmizlənməsi təmin edilmişdir.

Nəsimi rayon Sukanal Idarəsində 2024-cü ilin 9 ayı ərzində abonentlərin ümumi sayı  82 minə yaxın, o cümlədən: -əhali sektoru üzrə 74702 abonentə, qeyri-əhali sektoru üzrə 7568 abonentə xidmət göstərilir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  93.9%-i sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 6.2% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8 km,  məhəllədaxili şəbəkə-165.0 km)  artıqdır.

İstismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 228.7 km, yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. 9 ay ərzində Bakı Reqional QAZ İstismar Departamentinin Mərkəzi rayonlar üzrə TİX-nin Nəsimi rayonu üzrə istehlakçıların fasiləsiz təbii qazla təchiz edilməsi məqsədi ilə   tənzimləyicilər gündəlik tənzimlənərək nəzarət altında saxlanılır.

Mərkəzi rayonlar üzrə TİX-in balansında olan  240 qədər QTM və QTŞ-yə profilaktik xidmət göstərilir. Qaz şəbəkəsində tənzimləmə işləri aparılmaqla təbii qazın təzyiqini verilmiş rejimə uygun saxlanılır.

Nəsimi rayonunun elektrik təchizatı sahəsində “Azərişıq” ASC tərəfindən Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji  təchizatının təmin olunması məqsədi ilə İllik plan qrafikə əsasən avadanlıqlar cari təmir olunaraq mühafizəsi  yoxlanılmışdır. İməcilk işləri ilə əlaqədar  TM və KTM-in ətrafı, PQ otaqları təmizlənmiş, fasadında  və PQ otaqlarında qopmuş hissələr bərpa olunmuş və rənglənmiş, damı su navalçalartı təmizlənmiş, borduyorlar  və qapılar yenidən rənglənmiş dispetçer yazıları yenilənmişdir. Rayon üzrə  TM və KTM-lərdə təmir-təftiş işləri aparılmış, ətrafı və dam örtükləri təmizlənmiş, qapıları, havalandırma sistemiləri, işıqlanması, su navalçaları və su boruları təmir edilmişdir. 

Nəsimi rayonu üzrə əhalinin sağlamlığının, rayonun sanitar-epidemioloji şəraitinin daha da yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi tədbirləri cari ildə davam etdirilmişdir.

Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bildirilir ki, Nəsimi rayonu üzrə 2024- cü ilin 9 ayı ərzində yoluxucu xəstəliklərin bir qismində azalma, o cümlədən “COVID-19” xəstəliyində də azalma müşahidə olunmaqdadır. 1507 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur. Helmentlərə görə 2024-cü ilin 9 ayı ərzində 8100 müayinə aparılmış və aşkarlanma 715 olmuşdur.

Milli təqvimdən əlavə Azərbaycan Respublikası SN- nin 08.04.24- ci il tarixli 3-28/3-1-127 saylı “Respublikada immunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq 21.04.24- cü il tarixdən 27.04.24- cü il tarixə kimi “təmizləyici” immunizasiya işi aparılıb. Yəni müəyyən səbəbdən peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilmişdir.

Rayonun uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar.

Rayon ərazisində 3 uşaq poliklinikası və 4 doğum şöbəsi fəaliyyət göstərir. 1 KTM-nin doğum şöbəsi, ATU TCK doğum şöbəsi və 2 özəl klinikalarda fəaliyyət göstərən doğum şöbələri.

Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları baş verməmişdir.

Səhiyyə Nazirliyinin 23.02.2024- cü il tarixli 3-28/3-1-63/2024 nömrəli “Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasının təkmilləşdirilməsi üçün Respublikada yeni profilaktik peyvəndlər təqviminin tətbiqi barədə” əmri qüvvəyə minmişdir və icra olunur.

9 ay ərzində 32 stasionar nöqtələrdən və 2 məhəllədaxili su anbarlarından  götürülən 643 su nümunəsi bakterioloji və 643 su nümunəsi kimyəvi müayinə olunmuşdur.

Su xəttindən götürülən 11 su nümunəsinin cavabı bakterioloji və kimyəvi göstəricilərə (bulanıqlığa) görə (+) olmuşdur. Təkrar nümunələr götürülmüş və nəticə “İçməli Su” haqqında 2874 - 82 saylı DÜST - ə uyğun olmuşdur.

Nəsimi rayon Su – Kanal İdarəsinin verdiyi məlumata əsasən 9 ay ərzində  su xəttində 1715 , kanalizasiya xəttində 2700 qəza hadisəsi baş vermişdir. Qəzaların aradan qaldırılmaları vaxtında təmin olumuşdur.

Rayon üzrə zibil tullantılarının müvəqqəti yığılıb – saxlanılması məqsədilə 226 ünvandan istifadə olunur. Bunlardan 178 ünvan betonlaşdırılmış haldadır, 48 ünvanda isə asfalt örtüyünün üstünə qoyulmuşdur. Zibil konteynerərinin ümumi sayı 1331 ədəddir. Zibil konteynerləri qoyulan ünvanlardan 33 – nün ətrafı hasara alınmış, 2 – nin üstü bağlanmış haldadır.

Gün ərzində zibil tullantılarının daşınılması 2 dəfə, əhalinin gediş – gəlişləri çox olan ərazilərdən isə 3 dəfə olmaqla Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən həyata keçirilir.

Sınıq halda olan zibil konteynerləri vaxtaşırı dəyişdirilir. Zibil konteynerləri qoyulmuş ünvanlarda (ayrı – ayrı MKİS – i üzrə) işçilər növbə çəkir və onlar tərəfindən atılan zibil tullantıları çeşidlənir, eyni zamanda suda isladılan əski vasitəsilə zibil konteynerləri yuyulur.

Yataqxanalarda lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri ilə üzrə Dövlət Komitəsinin Nəsimi rayon Sektorluğunun müdiri B.Bayramova 17.04.0204 – cü il tarixli 06/15 – 217 saylı məktub göndərilmişdir.

Yataqxanalarda dezinfeksiya işləri “Bakı şəhər Dezinfeksiya Stansiyasının Nərimanov Rayonlarası Bölməsi” MMC tərəfindən  ayda 1 dəfə aparılır.

Yaz – yay mövsümünün başlanması ilə əlaqədar rayon  müalicə - profilaktika müəssisələrinə 22.01.2024 –06/15 -  47 və 11.09.2024 – cü il tarixli 06/15 – 493 saylı məktublar göndərilmişdir

Tibbi tullantıların zərərsizləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin   Mənzil Kommunal  Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir

3 saylı uşaq poliklinikasıyaşayış binasının I mərtəbəsində yerləşir. Kosmetik təmir olunub, dəhlizdə metlax dəyişdirilib. Poliklinikada laboratoriya, stomotoloji, fizioterapiya, peyvənd, pediatriya, cərrahiyyə, mantu, loqoped, infeksion, oftolmoloji, gimnastika otaqları fəaliyyət göstərir.

Stomotoloji otaqda 1 ədəd avtoklav, 1 ədəd isti quruducu şkaf var. Dezinfeksiyaedici məhlul olaraq əllər üçün Farmasept, Aqva Cristal və spirtdən  istifadə olunur. 

Tibbi tullantıların zərərsizləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin   Mənzil Kommunal  Departamentinin “ECO Loqistics” ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir.     

Tibbi tullantıların zərərsizləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin   Mənzil Kommunal  Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir.

Dezinfeksiyaedici məhlullardan istifadə olunur. Bu məqsədlə “AHD”, “Lisofarmin 3000” məhlulları işlədilir. Tibbi tullantıların ayrılıqda çeşidlənmiş halda yığılması üçün qablar var.

Tibbi tullantıların zərərsizləşdirilməsi “LV Logistics” MMC ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir

Ailə Planlaması Məsləhətxanası - yaşayış binasının I mərtəbəsində yerləşir. Cari təmirlidir, uyğunlaşdırılmış sahədə fəaliyyət göstərir. Müayinə otaqları, laboratoriya, USM otağı, mazok götürmək üçün otaq, abort otağı fəaliyyət göstərir.

Təmizlik işlərinin vəziyyəti kafidir. Bəzi müayinə otaqlarında – USM otağında, sterilizasiya otağında təmizlik işləri keyfiyyətsiz aparılır, bərk avadanlıqların üstü təmizlənmir, gündəlik nəm üsulla silinmir.

Dezinfeksiyaedici məhlullardan  Septol, Lisofarmin,  və Pürell gelindən istifadə olunur. Sterilizasiya otağı ayrıdır. 1 ədəd isti quruducu şkafdan istifadə olunur.

Tibbi tullantıların zərərsizləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin   Mənzil Kommunal  Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir

Tibbi tullantıların zərərsizləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinin   Mənzil Kommunal  Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC ilə bağlanılmış müqavilə əsasında  həyata keçirilir

Müalicə - profilaktika müəssisələrindən 17 steril material, 412 hava nümunəsi, 1168 yaxma nümunəsi götürülmüşdür. Yaxma nümunələrindən 19 - u müsbət olmuşdur. Təkrar yaxma nümunələri  götürülmüş və nəticə normaya uyğun olmuşdur.

Əksepidemik və dezinfeksiya rejiminə düzgün əməl olunmadığına görə 5 müalicə - profilaktika müəssisənin məsul şəxsinə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 

Əmək gigiyena bölməsi tərəfindən 9 ay ərzində yaz- yay mövsümünə hazırlıqla əlaqədar müəssisə rəhbərlərinə 06/17- 133 saylı 04.03.2024- cü il tarixli, payız- qış mövsümü ilə əlaqədar isə 06/17- 495 saylı 16.09.2024- cü il tarixli məktublar göndərilmişdir.

Nəsimi rayonu ərazisində 38 MUM, 29 orta ümumtəhsil məktəbi, 3 texniki peşə məktəbi, 8 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir.

Məktəb və məktəbəqədər uşaq müəssisələrinin payız- qış mövsümü ilə bağlı məktəblərə 06/18- 489 saylı 10.09.2024- cü il tarixli, məktəbəqədər uşaq müəssisələrinə 06/18- 488 saylı 10.09.2024-cü il tarixli məktublar göndərilib.

9 ay ərzində illik plana əsasən məktəb və məktəbəqədər uşaq müəssisələrində kimyəvi və bakterioloji müayinələr aparılmışdır. Kimyəvi laboratoriyaya 161 nümunə su götürülmüşdür.

Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının    1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.

Cari ilin 9 ayı ərzində Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində abadlıq-qururculuq, normal sanitar vəziyyətin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” layihələri çərçivəsində və Rayon İcra Hakimiyyəti tərəfindən də “Abad həyət” layihəsi çərçivəsində işlər davam etdirilmişdir. Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Moskva prospekti 66, 70, 72, Cavadxan  küçəsi 21,36, H.B.Əliyev küç.   6 ünvanlarda geniş miqyaslı yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. Rayon ərazisində əksər binaların fasadları təmir olunmuş və bu işlər davam edir. Bakıxanov küçəsi 42 saylı ünvanda “Bizim həyət” layihələri çərçivəsində təmir, abadlıq və yenidənqurma işləri başa çatıb və  sakinlərin istifadəsinə verilib. Hal-hazırda Cavadxan küçəsi 19, 38, H.B.Əliyev küçəsi 11, C.Səlimov küçəsi 7, M.Qaşqay küçəsi 24  saylı ünvanlarda abadlıq işləri aparılmışdır.

Nəsimi rayonu, mikrorayonlar  ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində binaların həyətində quruculuq və yenidənqurma işləri başa çatdırılmışdır. Rayon ərazisində məhəllədaxili yollara və həyətlərə asfalt örtüyünün  vurulması işləri davam edir.

Rayon ərazisində əvvəlcədən təyin olunmuş əhalinin sıx toplaşdığı yerlərə əlavə kiçik tutumlu zibil qabları qoyulmuşdur.

“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin, “Azərişıq” ASC,.Su və kanalizasiya xidmətləri, “Bakı Şəhər İşıqlandırma “ İdarəsi tərəfindən 6 ay ərzində rayon təsərrüfatının normal fəaliyyəti, abonentlərin stabil işıq, qaz, su, istilik təcihatı təmin edilmişdir.

9 ay ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir. 3-cü rübdə keçirilən aşağıdakı tədbirlər İH-nin saytında yerləşdirilmişdir.

02 iyul 2024-cü il tarixdə Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi. İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı. Daha sonra çıxış edənlər- rayon prokuroru  Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi  Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov  polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər, hər zaman Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdilər. Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.

9 iyul 2024-cü il tarixdə Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib. Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. Dosent Vazeh Əsgərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri və beynəlxalq metrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında iştirakçılara məlumat verib.“Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Məzunları təbrik edən çıxışçılar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir. Yüksək coşqu ilə keçirilən “Məzun Günü”ndə  universitetin fəaliyyəti və tədris prosesindən bəhs edən video-təqdimatlar nümayiş olunduqdan sonra ən yaxşı tələbələrin mükafatlandırılması olub. Tədbir bəddi hissə ilə davam edib.

13 iyul 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969 - Müasir və qüdrətli Azərbaycan dövlətinin intibah dövrünün qoyulduğu gün” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının rəhbərliyi, ilk ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları təşkilatın foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründəki fəaliyyəti barədə videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov iştirakçıları salamlayaraq bildirib ki, Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü Sənan Hüseynov qeyd ediblər ki, 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib.  Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub və tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.

24 iyul 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə Xüsusi əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib.  Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci  bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə rayonda bir sıra tədbirlər keçirilib. Xüsusi qeyd olunub ki, əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Tədbirdə iştirak edənlər uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırmış, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmasının zəruri olduğu bildirilib. Maarifləndirmə tədbiri həmçinin Nəsimi rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.

25 iyul 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayonda fəaliyyət göstərən monitorinq qrupunun üzvlərinin iştirakı ilə Nəsimi rayonunda gender zorakılığının qarşısının alınması ilə əlaqədar növbəti iclas keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva  çıxış edərək şakinlərin hüquqi maarifləndirilməsi, onların ailə-məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin olunması üzrə atılan mühüm addımlardan bəhs edib. Tədbirdə vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, onlara qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.

31 iyul 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 450 sakinin yaşadığı Cavadxan küçəsi 34 və 38 saylı, hər ikisi 4 girişli, 5 mərtəbəli binalarda və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 34 və 38 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-ə yaxın asfalt, 800 kv.m tamet daşı vurulub, 1000 kv.m qazon salınıb, 400 p.m yeni bardürlər qoyulub, 60 kub m torpaq işləri görülüb, 300 p.m istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı, 500 ədəd mövsümi çiçəklər əkilib. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb. Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

1 avqust 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində 1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  Nəsimi RİH Başçısı yanında İctimai Şuranın üzvləri, rayon  rayonun ümumtəhsil müəssisələrinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və rayon gəncləri  iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I müavini Gülarə Verdiyeva hər bir xalqın varlığında doğma dilin önəmi, ana dilimiz, əlifbamız və onun qorunması üçün təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verib. Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib. Daha sonra  çıxış edənlər bildirdilər ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Sonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, xalqımız üçün əlamətdar olan bu günün tarixi haqqında müzakirələr aparıldı.

9 avqust 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində sahibkarlarla işin təşkili, şəffaflıq, nəzakətlilik, məsuliyyət, məmnunluq və rahatlıq prinsiplərinə uyğun olaraq  xidmət göstərilməsinin təşkili məqsədilə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin  həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış  və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir. Digər çıxış edənlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.

30 avqust 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti Ağsaqqalar Şurasının təşkilatçılığı ilə “Yaşıl Dünya Konsepsiyası: Çağırışlar və Perspektivlər” adlı yığıncaq keçirilib. İlk olaraq çıxış edən Nəsimi rayon Ağsaqqlar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski rayon ağsaqqallarını salamlayaraq görüş ilə əlaqədar ətraflı məlumatlar verib. Bildirib ki, cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il Yaşıl Dünya Naminə Həmrəylik ili elan olunub. Və bu ilin noyabrın 12-dən 22-ə qədər COP29 İqlim Dəyişiklikləri və Çərçivə Konvensiyasının mötəbər iclasının Azərbaycanda keçirilməyi ölkə nüfuzumuzun yüksəkliyindən və aparılan siyasətin uzaqgörənliklə konsepsiyalaşdırıldığından xəbər verir. Bilavasitə rayon ərazisində görülən işləri yüksək qiymətləndirən sədr gələcəkdəki işlərin bu tendensiyada davam edəcəyini bildirib. Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirin təşkilinə görə öz minnətdarlığını bildirib və qeyd edib ki, belə görüşlərin təşkili bir daha nümunəvi həmrəylik göstəricisidir. Nəzərə çatdırıb ki, bu müddət ərzində rayonun istənilən yaş qrupu ilə bu mövzu ətarfında bir çox maarifləndirmə tipli görüşlər keçirilib. Həmçinin qeyd edib ki, bu gün rayon ərazisində yaşıl ətraf mühitin mühafizəsi üçün – ağaçların əkilməsi, ətraf mühitin qorunması, yaşıllıqların salınması kimi işlər tam ardıcıl və mərhələli şəkildə icra olunur. Sonda bir sıra məsələləri özündə birləşdən mövzular müzakirə olunub və rayon ağsaqqalları təkliflərlə çıxış edib və yığıncaq sona çatıb.

13 sentyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gələcəyimiz Azərbaycan gəncliyidir” adlı tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, orta təhsil müəssilərinin rəhbərləri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün müasir təhsilimizin inkişaf müəllifi olan Ümummilli lider Heydər Əliyevin siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilavasitə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə orta təhsil müəssisələrinin yenidən madii-texniki bazasının gücləndirilməyi, yenilənməsi, təmir və abadlıq işlərinin mərhələli şəkildə icra olunması təhsilimizə verilən ən böyük töhfə və dəyərin bariz nümunəsidir. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin inkişafı istiqamətində Nəsimi rayonunda xeyli iş görülüb, həmçinin qeyd edib ki, bu il üzrə 2600-a yaxın gənc məzun olub və 1-ci sinifə qəbul olanların sayı 800-ə çatıb. Çıxışının sonunda natiq gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu mütərəqqi təşəbbüsə qoşulmağın vacibliyinə toxunub və məzun adını qazanan gəncləri və 1-ci sinifə qəbul olan azyaşlıları təbrik edib. Həmçinin tədbirin sonunda aztəminatlı ailələrin uşaqlarına yeni təhsil dövründə məktəbli formaları təqdim edilib və xatirə şəkli çəkdirilib.

16 sentyabr 2024-cü il tarixdə  “Bilik günü” münasibətilə tədbirlər keçirilib.  Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, rayon İcra Hakimiyyəti Başçısının müavinləri Zahid Xəlilov və Ramiz Quliyev,  rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələləri və qazilər iştirak edib. Əvvəlcə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirlərdə  Azərbaycan Respublikasının Dövlət himni səslənmiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirlərdə çıxış edən natiqlər müəllim və şagird  kollektivlərini təbrik edərək bildirdilər ki, ötən tədris ilinin Nəsimi rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini vurğulanmış, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını qeyd edilib. Xüsusi vurğulanıb ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Tədbirlərdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər. Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

19 sentyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Suveren Azərbaycanın Zəfər Təntənəsi" adlı tədbir keçirilib. Tədbirdə rayon təhsil işçiləri, rayon ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları salamlayaraq nəzərə çatdırıb ki, bir il bundan öncə lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olunub, düşmən ağ bayraq qaldıraraq öz məğlubiyyətini bir daha qəbul edib. Bu tarixi Zəfəri yaşamağımızın səbəbkarı heç şübhəsiz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, müdrikliyi, həmçinin Ümummilli lider Heydər Əliyevə olan ata vəsiyyətinə sadiqliyin və igidlik rəmzi olan şəhidlərimizin sayəsində olduğunu bildirib. Həmçinin çıxışında dövlət başçısının qərarı ilə bu günün Dövlət Suverenliyi Gününün təsis edilməsi mühüm tarixi hadisədir. Natiq həmçinin qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli kapitulyasiya aktının müddəalarına tam zidd reaksiyalarla əməl edən düşmənin məkrli oyunlarına son vermək üçün antiterror lokal əməliyyatlarının baş tutması tarixi həqiqətlərdə Azərbaycanın haqlı mövqeyini əsaslı şəkildə sübut edir. Sonda mövzu ilə əlaqadar ikitərəfli fikir mübadiləsi aparılıb, qarşılıqlı təklif və məsələlər müzakirə olunub.

24 sentyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əjdərbəy” məscidində Nəsimi rayonundan  Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş  Camalov Elman Hüseyn oğlunun qırx mərasimi keçirilib. Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən birinin də şəhid Camalov Elman Hüseyn oğlu  olduğu müəyyənləşib. Yas mərasimində  Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirtak edib. Mərasimdə  şəhidlərin ruhuna dular oxunub və ehsan süfrəsi açılıb. Mərasimdə şəhidin ailəsi vurğulayıb ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

27 sentyabr 2024-cü il tarixdə Anım günündə Nəsimi rayon Şəhidləri ziyarət olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də  başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq. Anım günündə Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  Nəsimi rayon təşkilatlarının nümayəndələri, Şəhid ailələri və müharibə iştirakçılarının ailələri, rayon ictimaiyyətinin nümayəndələri 2 saylı Fəxri və Şəhidlər Xiyabanında, Hökməli və Digah qəbristanlıqlarında dəfn olunmuş şəhidlərimizi ziyarət edərək dərin hörmət və ehtiramlarını bildirmiş, məzarları üzərinə əklil və gül dəstələri düzmüşlər.

27 sentyabr 2024-cü il tarixdə  Anım Günü ilə əlaqadar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhidim, səni anıram. Çünki bu tarixi sən yazmısan!”  adlı tədbir keçirilib. Anım Günü Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra məktəblilərin ifasında “Döyüş səhnəciyi” kompozisiyası, “Şəhid məktubu” rəqsi, “Bayraq kölgəsində şəhid məzarı” şeiri və müxtəlif ədəbi-bədii nümayiş etdirilib. Tədbirdə həmçinin şəhid Tarıverdiyev Nicatın nənəsi biologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Şükufə Məmmədova və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edib. Sonda şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib, xatirə şəkilləri çəkilib.

27 sentyabr 2024-cü il tarixdə Anım Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının,  Nəsimi rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, Vətən Müharibəsi iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə rayon ərazisində  ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı  200-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, rayonun ayrı-ayrı əraziləri üzrə 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.  

27 sentyabr 2024-cü il tarixdə  “Anım Günü”ndə silsilə tədbirlərin davamı olaraq Zəfər parkı ziyarət olundu.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.  Tədbir iştirakçıları Zəfər Parkında Xatirə daşının önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına ehtiramlarını bildirib.

“Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” Nəsimi rayon komissiyaları cari ilin ötən dövrü ərzində öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı və Dövlət Komissiyasının 2024-cü ilə dair      “İş Planı”nı rəhbər tutaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2024-cü ilə dair “İş Planı”na müvafiq olaraq rayon komissiyasının 2024-cü il üçün iş planı təsdiq olunmuş (əlavə olunur), Dövlət Proqramının və “İş Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı rayon komissiyası tərəfindən 2024-cü ilin 9 ayı ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.

 Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən ötən müddət ərzində komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi istiqamətində aidiyyatı qurumlar ilə birgə bir sıra işlər görülmüşdür. 

 “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyəti daha da gücləndirilmiş, komissiya tərəfindən cari ilin ötən dövrü ərzində rayonda fəaliyyət göstərən orta və ali təhsil müəssislərində yuxarı sinif şagirdlərinin və tələbələrin iştirakı ilə video konfranslar, dəyirmi masalar, seminar müşavirələr keçirilmiş, tədbirlərdə aidiyyəti qurumların, rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı təmin edilmişdir. Keçirilən tədbirlər Rayon İcra Hakimiyyətinin saytında və KİV-lərdə işıqlandırılmışdır.

Bütün keçirilən tədbirlərdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayonda fəaliyyət göstərən 35 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda keçirilən tədbirdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Ötən dövr ərzində rayon ərazisində fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvi” üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən 145 vətəndaşdan müsadirə edilmiş narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə rayon Polis İdarəsinin həyətində xüsusi ayrılmış yerdə aktlaşdırılaraq yandırılıb məhv edilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, onların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə rayon məktəbliləri və tələbələri arasında bir sıra müsabiqələr, idman yarışları keçirilmişdir.

 Ötən dövr ərzində “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə rayon komissiyası və Rayon Polis İdarəsi ilə birgə yetkinlik yaşına çatmayanların və gənclərin təlim tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili və narkotiklərə meylli şəxslər barəsində bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirlməsini təmin etmiş, rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin iştirakı ilə müxtəlif növ idman yarışlarının keçirilməsini təşkil etmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, onların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə rayon məktəbliləri və tələbələri arasında bir sıra müsabiqələr, idman yarışları keçirilmişdir. Hesabat dövründə polis əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar müəyyən edilərək, hər biri ilə profilaktiki söhbət aparılmış, valideynlərinə və yaxud təhsil aldıqları məktəblərə bu barədə məlumatlar verilmişdir. Küçələrdə avaralıq, dilənçilik edən, digər qanuna zidd əməllərə yol verən, habelə uşaqları belə əməllərə təhrik edən şəxslərin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilmiş və bu reydlər zamanı qanuna zidd əməllərə yol verən yetkinlik yaşına çatmayanlar saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müraciətlər olunmuşdur. Aparılan işlərin daha da gücləndirilməsi üçün rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilmişdır.

Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılmış, futbol meydançaları salınmışdır.

Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparmışdır.

Hesabat dövrü ərzində RİH tərəfindən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”u cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə - qarşı zorakılığın fəlakətli təsirə malik olduğunu və bir sıra müxtəlif sosial problemlərə gətirib çıxardığını nəzərə alaraq zorakılıq təhlükəsini azaltmaq məqsədi ilə ictimai mühitlərdə (məs. məktəblər, gənclərin toplaşdığı yerlər) risk faktorlarını azaltmaq üçün evdə, məktəbdə, iş yerində hər hansı zorakılıq halına məruz qaldıqları zaman monitorinq qrupuna müraciət etmələri tövsiyyə olunmuşdur.

Ötən müddət ərzində Komissiya üzvləri Ombudsman Aparatının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemlən üzrə Dövlət Komdosinın və Respublika Uşaq Təşkilatının birgə keçirdikləri uşaq hüquqlarına dair konfranslarda yaxından iştirak etmişlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. 

Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin 9 ayı ərzində DİN və Prokurorluq üzrə cəmi 1104 cinayət hadisəsi qeydə alınmışdır. Qəsdən sağlamlığa ağır zərər vurma, az ağır zərər vurma, mənzil və şəxsi evlərdən, cibdən (əl çantasından), avtomobillərdən baş vermiş oğurluqların, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyatın qaçırılması, məişət zəminində törədilmiş cinayətlərin, yol-nəqliyyat hadisələrinin, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 100 faiz təmin edilmiş, adam oğurluğu, zorlama, adamları girov götürmə, banditizm və ya cinayətkar birlik yaratma cinayətləri qeydə alınmamışdır.

Yetkinlik yaşına çatmayanlar tərəfindən 11, yəni +6 fakt çox cinayət hadisəsi törədilmiş, xüsusi çəkisi 1,2% təşkil etmişdir. YYÇ tərəfindən törədilən cinayətlərin 7-ı az ağır, 4-ü böyük ictimai təhlükə törətməyən cinayətlər olmaqla 3-ü şəxsiyyət əleyhinə, 8-1 isə mülkiyyət əleyhinə olan cinayətlərdir. Yeniyetmələrə qarşı 11 cinayət törədilmiş, hamısının açılması təmin edilmişdir.

Məişət zəminində bu il 22 cinayət hadisəsi qeydə alınmış, açılması 100% təmin edilmişdir.

2024-cü ilin 9 ayı ərzində narkotiklərın qanunsuz dövriyyəsi ilə bağlı 295 fakt aşkar edilmişdir. Həmin faktlardan 84-ü narkotiklərin satışı olmuşdur.

Narkotik vasitələrin istehlakına görə 54 nəfər inzibati məsuliyyətə cəlb edilmişdir. Hesabat dövründə idarə rəhbərliyinin iştirakı ilə "Azərbaycan Gəncləri narkotikə yox deyir" mövzusu ilə rayon ərazisində yerləşən 33 təhsil müəssisəsində müəllim-şagird kollektivi ilə 43 görüş keçirilmişdir.

Ekoloji cinayətlə bağlı 2 cinayət faktı olmuş, 1-nin açılması təmin edilmişdir (50,0%).2024-cü ilin 9 ayı ərzində istintaqı aparılan 1135 cinayət işindən 395 şəxs barəsində 376 cinayət işinin istintaqı yekunlaşaraq ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

2024-cü ilin 9 ayı ərzində polis sahə rəisləri tərəfindən 3 münaqişəli ailə qeydiyyata götürülmüş, ümumilikdə 19 münaqişəli ailə profilaktiki qeydiyyatda olmuşdur. İnzibatı fəaliyyətin tətbiqi sahəsində 16 851 protokol tərtib edilmişdir. Həmin protokollar üzrə tətbiq edilmiş cərimələrin ümumilikdə 177.580 manatı, yəni 61,5% dövlət büdcəsinə ödənilmişdir.

Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən mənzil və obyektlərin mühafizəyə götürülməsi ilə əlaqədar 68 mənzil və 43 obyekt mühafizəyə götürülmüşdür. Bundan əlavə, əhali arasında aparılmış təbliğat işləri nəticəsində ümumilikdə 193 şəxsi obyekt və binalara 872 ədəd müşahidə kamerasının quraşdırılması təmin edilmişdir.

2024-cü ilin 9 ayı ərzində yetkinlik yaşına çatmayan 4 nəfər azyaşlı profilaktiki qeydiyyata götürülmüş, 1-i daimi yaşayış yerini dəyişdiyı üçün ərazi aidiyyəti üzrə göndərilmiş, 1-i isə müddət başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda 2 nəfər yetkinlik yaşına çatmayanlarla fərdi, habelə 3 "Sosial təhlükəli vəziyyətdə olan ailə ilə profilaktiki işlər aparılır. Alkoqollu içkilərin və ya tütün məmulatlarının YYÇ-yə satılmasına görə ümumilikdə 57 nəfər şəxs müəyyən olunmuş və onlar IXM-nin 455.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişlər. İnzibati xəta törətdiyinə görə 101 nəfər azyaşlı barəsində IXM-nin 212.1, 227, 338, 266, 454,455.2, 510 və 563 maddələrinə, həmçinin yetkinlik yaşına çatmayanı avaralığa cəlb etməyə görə 5 nəfər barəsində İXM- nin 523.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Tədris müəssisələrinin şagirdləri ilə "Azərbaycan gəncləri narkomaniyaya yox deyir", "Internetdən təhlükəsiz istifadə qaydaları", "Erkən nikahın fəsadları", "Uşaq hüquqları", "Yol hərəkətinin təhlükəsizliyinin təmini" və "Dini radikalizm" mövzularında 33 ümumtəhsil müəssisəsində 43 dəfə, onlardan 16-ı İdarə rəisinin rəhbərliyi ilə şagirdlərlə görüşlər keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır. 20 azyaşlı barəsində toplanmış material rayon İcra Hakimiyyəti yanında YYÇ-lərin işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilmişdir.

Bundan əlavə, araşdırma zamanı aşkar edilmiş nöqsanlara dair 1 məktəb barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə, 7 məktəb barədə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məktub göndərilmişdir.

İctimai yerlərdə 29 cinayət hadisəsi qeydə alınmışdır

2024-cü ilin 9 ayı ərzində DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının müxtəlif formada pozulması ilə bağlı 109.728 inzibati xəta aşkar olunaraq 105.214 sürücü barəsində inzibati protokol tərtib edilmişdir.

Hesabat dövründə vətəndaşlardan 12.802-i ərizə 1250-i şikayət olmaqla ümumilikdə 14.053 ərizə və şikayət daxil olmuş və baxılaraq cavab verilməsi təmin olunmuşdur.

Hesabat dövründə Azərbaycan Respublikası Rrezidentinin imzaladığı Fərman və Sərəncamların, Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə   2024-cü il üçün Təsdiq edilmiş illik İş Planı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hazırda bu sahələr üzrə zəruri tədbirlər həyata keçirilməkdədir. Milli Fəaliyyət Planının icrası ilə bağlı sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə, xüsusilə səyyar qəbullarda  həyata keçirilən tədbirlərin geniş təşviqi, ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə işlər görülməkdədir. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilir.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının (Prioritet 2.Korrupsiyanın arşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər) 2.17 bəndnin icrası ilə əlaqədar 2024-cü ildə Nəsimi rayon İcra Hakimiyyəti üzrə “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə RİH başçısının müvafiq sərəncamı ilə “İşçi qrupu” yaradılmışdır. İşçi qrupu tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” mövzusunda, o cümlədən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” azərbaycan Respublikası Qanununun icrası istiqamətində  təlimlər keçirilmişdir. Risklərin müəyyən edilməsi məqsədilə funksional fəaliyyət prosesində aşkar edilən hallar, daxil olan müraciətlərdəki məlumatlar, mediada yayılan informasiyalar,  əməkdaşlar arasında aparılan sorğular, rayon İcra Hakimiyyətinə qurumlardan daxil olan hesabatlar, əldə olunmuş şifahi məlumatlar öyrənilərək təhlillər aparılır.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat dövründə nəzarət qaydasında, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr keçirilmiş, fərdi söhbətlər aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə  müvafiq qərarlar verilir. Keçən dövrdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika məsələlərini əhatə edən mövzular üzrə də təlimlər, fərdi söhbətlər keçirilməkdədir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülmüşdür.

2024-cü ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2024-cü ilin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 2588  ərizə və müraciət  ( 2023-cü  ilin 9 ayı 2294 ərizə)  daxil olmuşdur.

Onlardan 265-i Prezidentin Administrasiyasından,

              11-i Milli Məclisdən, 

              24-ü Nazirlər Kabinetindən,

              449-u Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,

              1601-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 344-ü təkrar, 182-i kollektiv  ərizələrdir.

«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müraciətlərə vaxtında baxılaraq  təmin edilmiş, qaldırılan məsələlərin 24,0 %-i tam və qismən həll edilmişdir.

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən  vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2024-cü ilin 9 ayı ərzində  26 səyyar qəbul keçirilmiş, 2265 sakinin iştirak etdiyi qəbullarda 271 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanmışdır. 2024-cü ilin yanvar ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində  26 səyyar qəbul keçirilmişdir.

07.01.2024-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 72 ünvanında (həyət)   Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  75 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

10.01.2024-cü il tarixində Moskva pr.66 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  55 nəfər iştirak etmiş,  9 nəfərin müraciəti dinlənilmişdir.

16.01.2024-cü tarixində “Central Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  90 nəfər iştirak etmiş,  10 nəfərin müraciəti dinlənilmişdir.

23.01.2024-cü il tarixində 268 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş,  9 nəfərin müraciəti dinlənilmişdir.

02.02.2024-cü il tarixində Cavadxan küçəsi 21 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.

14.02.2024-cü il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  180 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

20.02.2024-cü il tarixində “Winter Park” Hoteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş,  18 nəfərin müraciəti dinlənilmişdir.

23.02.2024-cü il tarixində 247 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  110 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

01.03.2024-cü il tarixində Cavadxan küçəsi 36 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  40 nəfər iştirak etmiş,  8 nəfərin müraciəti dinlənilmişdir.

05.03.2024-cü il tarixində 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  160 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.

12.03.2024-cü il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  130 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

15.03.2024-cü il tarixində 159 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  160 nəfər iştirak etmiş, 15 nəfərin müraciəti dinlənilmişdir.

02.04.2024-cü il tarixində Cavadxan küçəsi 19 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  40 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.

05.04.2024-cü il tarixində Mirəli Qaşqay küçəsi 24 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  85 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.

06.05.2024-cü il tarixində MKTB-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  40 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.

08.05.2024-cü il tarixində “World Business Center” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.

14.05.2024-cü il tarixində H.B.Əliyev küçəsi 9, 11, 15, 17 saylı binaların əhatəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

17.05.2024-cü il tarixində Cavadxan küçəsi 36 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

01.06.2024-cü il tarixində C.Səlimov küçəsi 7 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  50 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

04.06.2024-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  190 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.

07.06.2024-cü il tarixində 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

12.06.2024-cü il tarixində Moskva pr.66 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.

02.07.2024-cü il tarixində Moskva pr.46 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.

05.07.2024-cü il tarixində S.Vurğun küçəsi 112 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  100 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.

09.07.2024-cü il tarixində A.Məhərrəmov küçəsi 68 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

12.07.2024-cü il tarixində “Winter Park” Hoteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.

Qəbullarda qaldırılmış məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmiş, həlli istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən 2024-cü il üzrə qarşıda duran vəzifələrin icrası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdrilir.

Keçidlər