Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəni irs, turizm və şəhərlərdə planlaşdırma mövzusunda Avroasiya Ümumdünya mədəni irsinə sahib şəhərlərin 10-cu beynəlxalq konfransı keçirilib.

06 aprel 2021 | 16:00

Qazaxıstan Respublikasının Türküstan şəhərində Avroasiyada Ümumdünya mədəni irsinə sahib şəhərlərin “Mədəni irs, turizm və şəhərlərdə planlaşdırma” mövzusunda 10-cu beynəlxalq konfransı keçirilmişdir. Tədbir Ümümdünya mədəni irsinə sahib şəhərlərin Baş Təşkilatının Avroasiya regionu üzrə katibliyinin xətti ilə Türkdilli ölkələrin Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində təşkil edilmişdi. Konfransda onlayn qaydada 23 dövlətin və 55 şəhərin təmsilçiləri iştirak etmişdir.

Türküstan şəhərinin akimi Rəşid Ayupov, Ümümdünya mədəni irsinə sahib şəhərlərin Baş Təşkilatının Prezidenti, Polşa Respublikasının Krakov şəhərinin meri Yaçek Maxrovskiy açılış nitqlərində tədbirin məqsədi, şəhərlərin idarə olunmasında mədəni irsin təbliği və inkişafı ilə bağlı məlumat verdilər.

Sonra dünyanın ayrı-ayrı şəhərlərinin mədəni-irsi qorunması ilə bağlı virtual təqdimatlar oldu. Milli Məclisin deputatı Vüqar İsgəndərov Şəki şəhərinin tarixi mədəni irsi ilə bağlı təqdimat etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın böyük səyi nəticəsində “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” YUNESKO-nun qeyri maddi irs siyahısına daxil edilmişdir.

Sonra pandemiya şəraitində mədəni irsin təbliği, mədəni turizmin təşkili, bu istiqamətlərdə şəhər planlaşdırmasının təşkil edilməsinə dair təqdimatlar oldu.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, birinci vitse Prezident Mehriban Əliyevanın dəstəyi ilə mədəni irsin inkişafı istiqamətində ölkəmizdə aparılan tədbirlərdən danışdı. Qeyd olundu ki, bu istiqamətdə müvafiq Dövlət Proqramları icra edilmiş, çox saylı beynəlxalq layihələr reallaşmışdır.

Sonra isə post pandemiya dövrünün ölkələr və şəhərlərarası mədəni turizm perspektivləri ilə bağlı fikir mübadiləsi oldu. Müzakirələrdə erməni işğalçıları tərəfindən Qarabağdakı mədəni irsimizin vandallıqla dağıdılması, milyardlarla dəyərində dəymiş ziyan barədə məlumat verildi və orada aparılan böyük quruculuq işlərindən sonra turizmin inkişafı üçün geniş imkanların olduğu qeyd olundu.

Sonda müzakirə olunan məsələrin həlli və inkişafı istiqamətində gələcək siyasəti müəyyən edən deklarasiya qəbul edildi.

Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov beynəlxalq konfransda iştirak etmiş, menti.com. sorğusunun suallarını cavablandırmışdır.

Keçidlər