Nəsimi rayonunda Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadıqları ünvanda təmir və abadlıq işlərinə başlanılıb.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Hüseynzadə Həmidağa Bağı oğlunun ailə üzvlərinin yaşadıqları Asif Məhərrəmov küçəsi 28 saylı saylı ünvanda RİH tərəfindən abadlıq, quruculuq ve yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər zamanı binanın fasadında əsaslı təmir işləri aparılacaq, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Binanın həyətində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, yeni asfalt örtüyünün vurulması və bardürlərin quraşdırılması həyata keçiriləcəkdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar RİH başçısı qeyd olunan ünvanda olaraq Şəhid ailəsi ilə görüşmüş, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
RİH tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində əsaslı təmirə ehtiyacı olan binalarda yaşayan digər Şəhid ailələrinin də yaşadıqları ünvanlarda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.