Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Respublikasının səfiri Erkan Özoral ilə görüş olub

09 aprel 2021 | 16:00

Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində görüş olub.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edərək, Azərbaycan – Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib. Görüşdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan – Türkiyə münasibətlərinin davamlı inkişafı istiqamətindəki xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir.

Daha sonra Nəsimi rayon Bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” imzalanmış niyyət protokolunun 2 bələdiyyə arasında qardaşlıq, dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xidmət etdiyini qeyd  edən RİH başçısı səfir E.Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb .

Səfir E.Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfir kimi çalışmaqdan qürur hissi keçirdiyini bildirib.

Keçidlər