Nəsimi rayonunda parklarda və məhəllələrdə başlanılmış abadlıq işləri davam etdirilir
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, məhəllə və həyətlərdə başlanılmış cari təmir işləri davam etdirilir.
Abadlıq işləri zamanı park və məhəllələrdə oturacaqlar, işıq dirəkləri, idman qurğuları və uşaq oyun elementləri təmir edilir, tamet daşları yenilənir, yeni bardyurlar qoyulur, sanitar-təmizlik işləri aparılaraq mövcud yaşıllıqlar bərpa olunur.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq aparılan abadlıq işlərinin keyfiyyətlə həyata keçirilməsi üçün və bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə bağlı yaradılmış konteyner meydançalarındakı mövcud vəziyyətlə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.