Şriftin ölçüsü :

Saytın rəngi :

Ş.Abdullayev və İ.Həmidov küçələrində abadlıq və sanitar təmizlik işlərinə başlanılıb.

16 aprel 2021 | 16:00

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülən işlər çərçivəsində sakinlərin çoxsaylı müraciətləri əsasında Ş.Abdullayev və İ.Həmidov küçələrinin kəsişməsində yerləşən uzun illər tikintisi yarımçıq qalmış çoxmərtəbəli binanın hasarları sökülərək sanitar təmizlik işləri aparılib, məhəllədaxili yolların genişləndirilməsi və yeni səkilərin yaradılması istiqamətində işlərə başlanılıb.

Keçidlər