Şriftin ölçüsü :

Saytın rəngi :

A.Məhərrəmov küçəsi 37 və Moskva prospekti 84 saylı binaların həyətlərində başlanılmış abadlıq işləri yekunlaşmaq üzrədir.

19 aprel 2021 | 16:00

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 37 və Moskva prospekti 84 saylı yaşayış binalarının fasadlarında başlanılmış bərpa işləri başa çatdırılıb, hər iki həyətə tamet daşları vurulub, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılıb. Binaların hər birində 4 qapı və 16 pəncərə dəyişdirilib, pilləkən qəfəsləri əsaslı təmir olunub, yağış sularını axıdan yeni navalça və borular quraşdırılıb.

Görülmüş işlər çərçivəsində sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün A.Məhərrəmov küçəsi 37 saylı binanın həyətinə 1 ədəd söhbətgah, 2 ədəd oturacaq, Moskva prospekti 84 saylı binanın həyətinə isə 4 ədəd oturacaq qoyulub.  

A.Məhərrəmov küçəsi 37 saylı binanın həyətinə 800 kv.m. qazon vurulub, yaşıllıqların suvarılması məqsədi ilə su xətləri çəkilib.

Hazırda hər iki binanın həyətində asfaltlaşdırma və yeni bardürlərin quraşdırılması istiqamətində işlər davam etdirilir. Binaların həyətlərində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, həmişəyaşıl ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər