Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun bir qrup vətən müharibəsi şəhid ailələri və qaziləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

19 aprel 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan bir qrup vətən müharibəsi şəhid ailələri və qaziləri  Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı böyük qələbəyə həsr olunan Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Beş hektar ərazini əhatə edən parkda Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında    davamlı   məğlubiyyətlərə      məruz       qalan düşməndən qənimət götürdüyü  hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar da öz əksini tapır. Açıq səma altında salınan parkda həmçinin döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması, müharibə cinayətləri barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları   nümayiş  etdirilir.

Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və qələbənin möhtəşəmliyini bir daha göz önündə canlandırmağa xidmət edən unikal təşəbbüsdür.

Parkın ziyarətindən xoş təəssüratlarla qayıdan şəhid ailələri və qazilər ziyarətin təşkilinə görə öz minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər