Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Milli Mətbuat Günü qeyd edildi

23 iyul 2013 | 15:00

Milli Mətbuat Günü münasibətilə Nəsimi rayonunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə görüş keçirildi.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq media işçilərini əlamətdar gün münasibətilə təbrik etdi. Natiq bildirdi ki, 138 il əvvəl böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız çətin və şərəfli yol keçmiş, milli-mənəvi dəyərlərimizin qorunmasında, xalqımızın dünyagörüşünün formalaşmasında önəmli rol oynamış və mütərəqqi ideyaların carçısına çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuat tarixində yeni və parlaq səhifə açılmışdır. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərimizin fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binası bunun bariz nümunəsidir.

Nəsib Məhəməliyev jurnalistləri bir daha peşə bayramları münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Tədbirin sonunda media işçilərinə qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər