Nəsimi rayonunda Çernobıl faciəsinin 35-ci ildönümü qeyd olunub.
26 aprel 2021 | 16:00
XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 35-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib.
Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Çernobıl Əlilləri Cəmiyyətinin Nəsimi Rayon Təşkilatının üzvlərinə ərzaq bağlamaları təqdim edilib.