Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadıqları ünvanda abadlıq işləri davam etdirilir.

27 aprel 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Hüseynzadə Həmidağa Bağı oğlunun ailə üzvlərinin yaşadıqları Asif Məhərrəmov küçəsi 28 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri davam etdirilir. Hazırda binanın fasadında əsaslı təmir işləri aparılır.

Görüləcək işlər zamanı yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulmuşdur.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq işlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər