Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Moskva prospekti 84 saylı ünvanda aparılan abadlıq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Abadlıq işləri zamanı binanın giriş qapıları və pəncərələri dəyişdirilib, binanın fasadında, girişlərində və pilləkən qəfəslərində başlanılmış bərpa və təmir işləri başa çatdırılıb, binanın dam örtüyü və zirzəmisindən keçən kanalizasiya xətti təmir olunub, suaxıdıcı boru və navalçalar yenisi ilə əvəz edilib.
Binanın həyətinə və ətrafına 1800 kv.m. asfalt örtüyü, 100 kv.m. tamet, 800 kv.m. qazon vurulub, 270 p.m. yeni bardürlər qoyulub, 150 p.m. istinad divarı və pilləkən təmir olunub, yaşıllıqların suvarılması üçün yeni su xətti çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, müxtəlif növ həmişəyaşıl ağaclar və kollar əkilib.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.