Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri:mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

01 may 2021 | 16:00

Azərbaycan Respublikasının Milli Məclisinin Regional məsələlər Komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrlərinin iştirakı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yerli özünüidarəetmə institunun və onun hüquqi bazasının yaradılması, 21 illik inkişaf yolu haqqında danışıb

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov çıxışlarında ölkədə yerli özünüidarəetmə institunun inkişafı üçün qanunvericilik bazasının ötən dövr ərzində təkmilləşdirilməsi prosesi və yeni təkliflərin nəzərdən keçirilməsi ilə bağlı fikirlərini bildirdilər.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələr tərəfindən mövcud qanunvericiliyin tətbiqi vəziyyəti, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin aidiyyatı qurumlara təqdim olunması və bir sıra bələdiyyələrin fəaliyyətindəki nöqsanlar barədə məlumat verdi. Rəhman Məmmədov çıxışında qeyd edib ki, bələdiyyələrin işində əsas məsələlərdə biri də yerli vergi və ödəniş ödəyicilərinin və obyektlərinin dəqiq uçotunun aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi və nəticədə yerli büdcə gəlirlərinin artırılması ilə bağlıdır. Bu sahədə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində həyata keçirilmiş tədbirlər nəticəsində uçota alınan yerli vergi və ödəniş obyektlərinin sayı demək olar ki, 2 dəfəyə yaxın artmışdır

Sonra mövzu üzrə Milli Məclisin Regional Məsələlər Komitəsinin, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Təşkilatının Respublika Komitəsinin və Milli Assosiasiyaların nümayəndələri, bələdiyyə sədrlərinin iştirakı ilə müzakirələr aparıldı.

 

Keçidlər