Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində Vətən müharibəsi Şəhid ailələri və əlilləri ilə görüş keçirilib.

07 may 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibətilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonda yaşayan bir qrup Vətən Müharibəsi Şəhidlərinin ailə üzvləri və Vətən Müharibəsi əlilləri ilə görüş keçirilib.

Görüşün əvvəlində Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Görüşdə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilib.

Görüşün sonunda Vətən Müharibəsi Şəhidlərinin valideynləri – Valeh Mikayılov, Balakişi Cəfərov, Ceyhun Kərimov və Səxavət Əliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

 

Keçidlər