Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ramazan Bayramı münasibətilə Vətən müharibəsi Şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.

07 may 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Müqəddəs Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələri və yaralılar RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara  maddi yardım və bayram sovqatları çatdırılıb.Bayram münasibətilə rayon ərazisində yaşayan 500-ə yaxın aztəminatlı ailəyə də ərzaq bağlamaları verilib.

Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri və əlillər, ərzaq bağlaması verilmiş aztəminatlı ailələrin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər