Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda faşizm üzərində tarixi Qələbənin 76-cı ildönümü qeyd olunub.

08 may 2021 | 16:00

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü  Nəsimi rayonunda qeyd olunub. Qələbə günü ilə bağlı rayondakı “1941-1945” abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları və veteranların iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları tərəfindən “1941-1945” abidəsinin  önünə əklil və tər çiçəklər qoyulmuşdur.

Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdıraraq bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevrilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər.  Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşdur.

Azərbaycan  xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərir, onların problemləri ilə yaxından maraqlanırdı.

Tədbirdə çıxış edənlər - Ağababa İskəndərov və Əzim İbrahimov  veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildiriblər.

Tədbirin sonunda  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara ərzaq yardımları edilib.   

 

 

 

Keçidlər