Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü qeyd olunub.
11 may 2021 | 16:00
Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir.
Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri 2 saylı Fəxri və Şəhidlər Xıyabanında olmuş, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
Şəhidin atası Balakişi Səfərov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından öz minnətdarlığını bildirib.