Şriftin ölçüsü :

Saytın rəngi :

Asif Məhərrəmov küçəsi 28 saylı evin həyətində başlanılmış abadlıq işləri yekunlaşıb.

25 may 2021 | 16:00

Nəsimi rayonunda Şəhid Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadığı  Asif Məhərrəmov küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid Həmidağa Hüseynzadənin barelyefi vurulub.

Hazırlanmış layihəyə uyğun olaraq  Asif Məhərrəmov küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub, əlillərin rahat hərəkəti üçün panduslar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində həyətə asfalt örtüyü, qazon, tamet vurulub, yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər