Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon Ağsaqqallar şurasının Hesabat-Seçki konfransı keçirilib.

26 may 2021 | 16:00

Konfransdan öncə hesabat-seçki yığıncağının iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq, dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və vəfat etmiş şura üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov cəmiyyətimizdə ağsaqqalların nüfuzundan və onlara göstərilən dövlət qayğısından danışaraq bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara  və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışan natiq qeyd edib ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb. Bir daha sübut olundu ki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.

Konfransda çıxış edən Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Eldar Quliyev qeyd etdi ki, ağsaqqallar ölkəmizdə həyata keçirilən ictimai işlərdə yaxından iştirak edirlər, respublikamızda ahıl vətəndaşlara daim dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. 

Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Nəsimi rayon Ağsaqqallar şurasının 9 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.

Səsvermə nəticəsində Azərbaycan Tibb Unisversitetinin kafedra müdiri, professor, Əməkdar Elm Xadimi Vaqif Şadlinski Nəsimi rayon Ağsaqqallar şurasının  sədri seçilib.

 

 

Keçidlər