Nəsimi rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirilib.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim müvafiq işlər görülür. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən “KOALA PARK” Uşaq İstirahət Əyləncə Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid və qazi uşaqlarının iştirakı ilə tədbir keçirilib.
Uşaqlar 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirləri ilə süfrə ətrafında şerlər, mahnılar ifa edib, müxtəlif oyun elementlərindən istifadə edərək əyləniblər.
Tədbirin sonunda onlara müxtəlif hədiyyələr təqdim olunub.