Nəsimi rayonunda növbəti həyətdə abadlıq işlərinə başlanılıb.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 4 girişli Azər Əliyev 5a və 9 mərtəbəli, 8 girişli Həsən əliyev 1d saylı binaların əhatə etdiyi ərazidə RİH tərəfindən abadlıq, quruculuq ve yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər zamanı binaların fasadlarında əsaslı təmir işləri aparılacaq, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması, yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.
RİH başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.